İnsan resursları sisteminin qurulması və kadr inzibatçılığı ilə bağlı müvafiq əməliyyatların həyata keçirilməsi üzrə xidmət
- Müəssisədə kadr işləri ilə bağlı Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunvericiliyinin, müəssisə daxili normativ sənədlərin tələblərinə uyğunluğunun yoxlanılması;
- Müəssisənin strukturunun analiz edilməsi və struktur və ştat cədvəllərinin hazırlanması;
- Struktur bölmələrin əsasnamələrinin və vəzifə təlimatlarının hazırlanması;
- İnsan resursları sahəsi ilə bağlı qaydaların hazırlanması (məs: İşə qəbul, İşəuyğunlaşdırma, Təlim, Daxili nizam-intizam qaydaları və s);
- İşə qəbulun rəsmiləşdirilməsi (onlayn əmək müqaviləsi, əmrin hazırlanması, əmək kitabçanın yazılması və s);
- Xitam prosesinin rəsmiləşdirilməsi (əmrin hazırlanması, ƏMAS-dan çıxarılma və s);
- Dəyişikliklərin sənədləşdirilməsi (vəzifə, iş yeri, əmək haqqı, iş rejimi, dəyişikliyi və s);
- Məzuniyyətlə bağlı işi təşkili (Məzuniyyət qrafiki, məzuniyyət əmrləri və s);
- Ezamiyyə ilə bağlı işin təşkili;
- İşçilərin davamiyyəti ilə bağlı işlərin təşkili (tabellərin, qrafiklərin hazırlanması və s);
- Müxtəlif növ sənəd formalarının və ya əmr formalarının hazırlanması (istirahət günü işə cəlb edilmə, mükafat, intizam tənbehinə cəlb edilmə, maddi yardım və s barədə əmrlər);
- Kadr işi ilə bağlı müxtəlif dövlət qurumlarına məktub layihəsinin hazırlanması;
- Az.Resp. 226-cı maddəsinin tələblərinə uyğun olaraq işçilərin tibbi müayinədən keçirilməsi işini təşkil etmək;
- İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası;
- Namizəd axtarışı, namizədlərin qiymətləndirilməsi və namizədlərin seçilməsi;
- Zəruri təlim ehtiyacı zamanı tədarükçü şirkətin tapılması, işçinin təlimə göndərilməsi və bununla bağlı zəruri sənədləşdirmə işlərinin təmin edilməsi;
- İş yerlərinin attestasiya edilməsi prosesinin təşkil edilməsi;
- Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün müvəqqəti yaşamaq icazəsi və fərdi icazənin alınması ilə bağlı müvafiq sənədlərin hazırlanması və Miqrasiya xidmətinə müraciət edilməsi;
- Əmək münasibətləri prosesində yaranmış mübahisəli hallarda və şikayət ərizələrinin araşdırılması, həmçinin yoxlamalar və digər növ nəzarət işləri zamanı müvafiq qurum ilə ilə yarana biləcək məsələlərin tənzimlənməsi;
- Müxtəlif qurumlara təqdim etmək üçün işçilər tərəfindən tələb olunan Arayış (Az və ingilis dilində) və Xasiyyətnamələrin hazırlanması;
- Əmək qanunvericiliyi ilə bağlı sorğuların cavablandırılması.
- İnsan resursları sahəsi ilə bağlı digər xidmətlər.